Paşinyanın komandası məğlubiyyətə uğrayır - ÖZƏL

"Nikol Paşinyan müxtəlif platformalarda  Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etsə də, müəyyən müddətdən sonra yenidən vəziyyəti gərginləşdirməyə yönəlik davranışlar sərgiləyir, prosesi ləngitməyə çalışır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, qarşı tərəfin bu tip manevrlər etməsi vaxt qazanmağa hesablanmış addımlardır:

"Digər tərəfdən, Ermənistanın baş naziri Nikol Paşinyanın  təxribatlarla lokal qələbə qazanmaq cəhdləri  daxili auditoriya qarşısında özünün siyasi imicini gücləndirmək istəyindən irəli gəlir. Lakin  bütün hallarda  Nikol Paşinyanın komandası məğlubiyyətə uğrayır. Başqa bir məqam  isə separtçı rejimin varlığının sonuna yaxınlaşmasıdır. Qanunsuz separtçı rejim daxilində artıq çox ciddi  böhran yaşanmaqdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31