Beynəlxalq erməni mafiyasının sülhə mane olmaq cəhdləri heç bir nəticə verməyəcək - ÖZƏL

"Afrika ölkələrində baş verən ciddi siyasi proseslər fonunda beynəlxalq nüfuzunu sürətlə itirməkdə davam edən Fransanın Ermənistanın vəkili rolunda öz hədəflərinə istədikləri nəticəni əldə edə bilməməsi də məntiqi nəticədir". "Olaylar" xəbər verir ki, bunu deyən birinci vitse-spiker Əli Hüseynlinin sözlərinə görə, bu, həm də onu göstərir ki, ciddi siyasi böhranın hökm sürdüyü Ermənistan hökumətinin, revanşist qüvvələrin və beynəlxalq erməni mafiyasının sülhə mane olmaq cəhdləri heç bir nəticə verməyəcək: "Bir neçə gün bundan öncə Laçın sərhəd keçid məntəqəsində gömrük postunun fəaliyyətə başlaması, son günlər Ermənistan tərəfindən rəvac verilən genişmiqyaslı silahlı təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavablar  onu göstərir ki, Azərbaycan isə bölgədə dayanıqlı sülhün bərqərar olunması, həmçinin ölkəmizin təhlükəsizliyinin və suveren hüquqlarının təmin olunması naminə qarşıya qoyduğu hədəflərə doğru qətiyyətlə irəliləməkdədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31