Makron Azərbaycana Ermənistanın vəkili kimi gəlir - ÖZƏL

"Fransa prezidenti E. Makronun Ermənistan və Azərbaycana səfəri regionda siyasi-hərbi böhran fonunda reallaşır. Ermənistanın danışıqlar prosesindən uzaqlaşması, məhz Parisin birbaşa təlimatı ilə siyasi-hərbi təxribatlara atması situasiyanı gərginləşdirib". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, E. Makronun Azərbaycana səfəri ilk dəfə reallaşacaq: "Bu səfərdə məqsədi Ermənistanı müdafiə və xilas etmək, Laçın yolunun açılmasını nail olmaqdır. Ümumiyyətlə, E. Makron Azərbaycana Ermənistanın vəkili kimi gəlir. Bu səfərdən müsbət nəticə gözlənilmir. E. Makronun Azərbaycana qarşı siyasəri birmənalı deyil. Fransa regionda güclənməyə çalışır. Azərbaycanin şərtlərini qəbul edib, Ermənistanı danışıqlardan yayındırmasa, regionda mövqeyini qoruya bilər. Amma, əksinə olacaqsa, Bakıdan əliboş qayıdacaq. Fransa ilə iqtisadi əlaqələrə gəldikdə isə, bu əlaqələr davam edəcək. Ümumiyyətlə, Fransanın Cənubi Qafqazdan Türkiyə qarşı siyasəti və bunu Ermənistan üzərindən etməsi perspektivdə mümkün deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31