“Mediasiya Haqqında” Qanunun Cəmiyyətdə rolu və əhəmiyyəti - ÖZƏL
6 Sentyabr 2023 12:05 Siyasət"Mediasiya Haqqında "Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel 607 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədilə "Mediasiya prosesinin həyat keçirilməsi Qaydası" 05 sentyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Praktiki olaraq Mediasiya fəaliyyəti Bakı şəhəri və regionlarda bir ildən artıqdır ki, tətbiq edilr. Hazırda Bakı şəhərində və regionlar üzrə bir neçə Medisiya Təşkilatları fəaliyyət göstərir. Lakin mediasiya İnstitutunun Azərbaycanda kənc bir institut olmasına baxmayarq, sürətlə inkişaf etməkdədir". Bunu "Olaylar"a deyən Bakı şəhər 8 Saylı Mediasiya Təşkilatının mediatoru hüquqşünas Azad Rzayevin sözlərinə görə, mediasiyada mülki işlər, kommersiya mübahisələri, ailə mübahisələrindən irəli gələn işlər və inzibati hüququ münasibətlərindən irəli gələn mübahisələr üzrə işlərə baxılır: "Mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi daşıyır. Mediasiya vasitəsi ilə mübahisələrin həll edilməsi mübahisələrin məhkəmədənkənar həll edilməsinin alternativ üsullarından biridir. Uğurlu mediasiya proseslərinin baş tutması hər şeydən əvvəl vətəndaş məmnunluğu yaradır və tərəflərin mediasiyaya marağını artırır. Hər hansı bir mübahisə üzrə artıq mediasiya prosesinin tərəfləri məhkəmə xərcəri və davam edən uzun müddətli məhkəmə çəkişmələrindən və məhkəmə instansiyalarında müddət itkisindən azad olurlar. Eyni zamanda, onu da qeyd etmək zəruridir ki, mübahisə tərəfləri uğurlu medaisaiya prosesləri nəticəsində aralarında olan münasibət pozulmur və davam edirə bilirlər. Xüsusilə də Alə, Əmək və Kommersiya münasibətlərində tərəflər məhkəmənin yekun qərarından sonra "düşmən" cəhbələrə ayrılırlarsa, uğurlu mediasiya prosesi zamanı tərəflər bir-birlərini anlayır və ortaq məxrəcə gələrək münasibətlərini davam etdirməklə üzərlərinə götürdüyü öhtəlikləri "Barışıq Sazişi" vasitəsi ilə könüllü icra edməyə başlayırlar".
Onun sözlərinə görə, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununa əsasən Mediasiyaya müraciət edən şəxslər mediasiya prosesi zamanı irəli sürdükləri tələbləri artıra, azalda bilər və yaxud da mediasiya prosesindən imtina etmək hüququna malikdirlər. Mediasiyanın üstünlüyü tərəflərin özlərinin sərbəst qərar vermək hüququna malik olmasıdır: "Bu sahədə fəaliyyət göstərən Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatı da uğurlu mediasiya proseslərinə görə öndə gedən mediasiyya təşkilatlarından biridir. Mediasiya təşkilatında 20-ə yaxın mediator xidmət göstərir. Xidmət göstərən mediatorlar hamısı peşəkar mediatorlardır. Hər bir mediatorların göstəriciləri yüksəkdir. 8 saylı MT-na müracıət edən şəxslərin mülki, Aiıə,Əmək və Koomersiya mübahisələrinə dair işləri tərəflərin qarşılıqlı razılığı ilə həll edilir. Xüsusiilə də Ailə və Koomersiya münasibətləri üzrə təşkilatda mediatorların vasitəsi ilə uğurlu sazişlərə imza atılımışdır. Həmçinin 8 saylı mediasiya Təşkilatına könüllü qaydada müraciət edən şəxslərin də sayı çöxluq təşkil etmişdir və aralarında olan mübahisələri mediasiya prosesi əsasında həll etmişlər".
Yeri gəlmişkən qeyd edək ki, 8 Saylı Mediasiya Təşkilatının peşəkar mediatorlarından biri də hüquqşünas Rzayev Azad Əbülfət oğludur. Azərbaycan Respublikası Mediasiya Şurasının 8 saylı mediasiya təşkilatında aparılmış kənar auditin nəticələrinə səmərəli fəaliyyətinə, real və nəticə yönümlü barışıq sazişlərinə və vətəndaş məmnunluğuna görə A.Rzayevə təşəkkür elan edilimidir.
8 saylı Mediasiya Təşkilatı Bakı şəhəri, Nizami rayonu,Heydər Əliyev prospekti 115,Sport plaza blok B, mərtəbə 10, otaq 1006 ünvanda fəaliyyət göstərir.