Rasmussenin məkrli davranışları - ÖZƏL

"Rasmussenin məkrli davranışları şübhəsiz ki, NATO-nun qlobal geostrateji maraqlarına da ziddir. Görünən budur ki, o, alyansın maraqlarını öz maddi mənafeyinə qurban verməklə məşğuldur". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, Rassmussen Ermənistan adlı "sponsor"unun "malades"ini qazanmaq üçün hər cürə yalanlara, dezinformasiyalara əl atır və hətta yeri gələndə BBC kimi qərəzli, ermənipərəst media qurumuna da istinad edir:
"NATO-nun rəhbərliyindən gedəndən sonra birmənalı şəkildə ermənilərin "vəkil"inə çevrilən, hər fürsətdə Azərbaycanın əleyhinə açıqlamalar verən Rassmussenin bu "xidmət"lərinə və apardığı ermənipərəst təbliğat kampaniyasına görə Ermənistan hökumətindən pul alması həqiqətən də rüsvayçılıqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31