Müharibə riski artır - ÖZƏL
6 Sentyabr 2023 10:54 SiyasətŞərti sərhəd boyunca artan erməni təxribatları, atəşkəs rejiminin müntəzəm olaraq pozulması, paralel olaraq Qarabağdakı separatçı rejimin yenidən silahlandırılması Ermənistanın müharibəyə başlayacağından xəbər verir. "OLAYLAR"-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi də hesab edir ki, Ermənistan açıq şəkildə yeni bir müharibəyə hazırlaşır. Ekspert hesab edir ki, bu prosesdə Rusiya birbaşa maraqlıdır:
"Qarabağda yenidən müharibə abu-havası yaratmaq, ABŞ-Qərb dairələrində aparılan Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinə ən yaxşı halda kölgə salır və danışıqlar prosesinə ciddi zərbə vura bilər. Bu səbəbdən Rusiyanın atdığı addımlar davam edərək, Cənubi Qafqaza sülhün bərqərar olması üçün yeni əngəllər yaradır və daha bir müharibənin təkrar olması ehtimalı yaradır. Bir sözlə Qarabağda yeni bir müharibə riski artır".