Paşinyan ortaya siyasi iradə qoya bilmir - ÖZƏL
6 Sentyabr 2023 10:48 Siyasət"Ermənistanın hərbi ritorikasını və şərti sərhəd istiqamətində yeni təxribatların qarşısının alınması üçün mütləq preventiv addımlar labüddür". Bunu Olaylar-a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan öz işğalçı siyasətindən imtina etməyib: "Fransa, Rusiya və İran prosesi idarə edərək, Ermənistanı Azərbaycana qarşı hərbi əməliyyatlara sövq edirlər. Ermənistan müstəqil ölkə deyil, Baş nazir Nikol Paşinyan siyasi iradə ortaya qoya bilmir. Qeyd edim ki, Ermənistan əvvəlki ritorikasına qayıdıb və Azərbaycanın qalibiyyəti ilə barışmır. Vaşinqton və Brüssel formatında aparılan danışıqlar fiaskoya uğrayıb. Prezident İlham Əliyev Ermənistan rəhbərliyinə yenidən öz yerini göstərəcək.
Sabah, Ali Baş komandan İlham Qərbi Zəngəzurda -Göyçə gölü sahilində Yerevana "dəmir yumuruq" göstərərsə, təəcüblənməyəcəm".