Ermənistan ABŞ-la birgə hərbi təlim keçəcək - ÖZƏL

Ermənistan və ABŞ-ın EAGLE PARTNER 2023 birgə hərbi təlimləri sentyabr ayında Ermənistan ərazisində keçiriləcək. Bu barədə Respublika Müdafiə Nazirliyi məlumat yayıb .
Məlumatda bildirilib ki, "QARTAL PARTNER 2023" təlimləri 11-20 sentyabr tarixlərində "Zar" mərkəzində Ermənistanda beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədilə keçiriləcək.
ABŞ və Ermənistan hərbçiləri sülhməramlı tapşırıqların yerinə yetirilməsi zamanı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üzrə əməliyyatlar hazırlayacaqlar.
"Təlimlərin keçirilməsində məqsəd bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılmasıdır", - deyə nazirlik qeyd edib.
Ermənistan Müdafiə Nazirliyi qeyd edib ki, təlim həm də "NATO-nun əməliyyat potensialı konsepsiyası çərçivəsində" erməni bölməsinin əməliyyatlara hazırlığını artırmaq məqsədi daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31