Ermənilər zorla bizi müəllimliyə vadar edirlər - ÖZƏL

"Ermənilər yenə 2016 və 2020-ci ildəki səhvlərini təkrarlayırlar. Bu səhvin kökündə Azərbaycanın tarixi inkişafda erməni işğalı ilə barışmadığı, barışmayacağı, Azərbaycan üçün milli suverenliyin əsas milli məqsəd olduğu gerçəyinin qəbul edilməməsidir". Olaylar xəbər verir ki, bunu deyən politoloq Zaur İbrahimlinin sözlərinə görə, Azərbaycan tarixən öz təbii potensialı ilə Cənubi Qafqazın aparıcı ölkəsi olub, Türk və İslam dünyasında xüsusi mövqeyi ilə seçilib: "Ermənilər artıq dəfələrlə şahidi olublar ki, bütün xarici təzyiqlərə baxmayaraq ilk imkan düşən kimi Azərbaycan öz mövqeyini qaytarmaq, güclənmək imkanındadır. İndi yenə reallığı düzgün dəyərləndirmirlər, buna görə də yenə itkilərə məruz qalacaqlar.​ Millətlərin xarakteri böhranlarda aydın şəkildə üzə çıxır, ermənilər bir daha çaqqal mahiyyətli olduqlarını göstərirlər. Təəssüf ki, tarixdən öyrənmirlər, ara yerdə bizi zorla müəllimliyə vadar edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31