Ermənistan hərbi təxribatlara hazırlaşır - ÖZƏL

Ermənistan silahlanır və ehtiyatda olan çağırışçılar mütəmadi hərbi təlimlərə çağırılır". Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, bu ölkənin Baş naziri Nikol Paşinyan 2 sentyabrda verdiyi açıqlamada Azərbaycanın ərazi bütövlüyünü tanımadığını açıq şəkildə ortaya qoydu: "Ermənistan​ Baş naziri Azərbaycanla aparılan danışıqların üstündən xətt çəkib. Demək olar ki, danışıqların başlanması üçün heç bir siyasi ortam yoxdur. Ermənistan hərbi təxribatlara hazırlaşır. Bu, Ermənistan üçün növbəti dəfə faciəli olacaq. Ermənistanla şərti sərhəddə​ "bufer zona" yaradılması labüddür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31