İctimai birliklər Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasında mühüm rol oynayır - ÖZƏL

"İstər Vətən müharibəsi dövründə istərsə də sonrasında gənc nəslin vətənpərvərlik ruhunda tərbiyyə edilməsində və ictimai rolun gücləndirilməsində ictimai birliklərin və fondların dəstəyi xüsusi əhəmiyyət daşıyıb". Bu fikirləri "OLAYLAR"-a ictimai fəal Yəhya Mürsəlov səsləndirib. O bildirib ki, ictimai birliklər Azərbaycanda gənclər siyasətinin formalaşdırılmasında mühüm rol oynayan layihələr irəli sürür, vətəndaşların maarifləndirilməsində iştirak edir:

"Məhz belə birliklərdən biri olan və mütəmadi olaraq sosial, ictimai layihələr irəli sürən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyini örnək göstərmək mümkündür. Fondlarında rolu vacib əhəmiyyət daşıyır. Müharibə dövründə hər bir vətəndaş can başla yardım etməyə çalışmış və birlik göstərmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31