Yeni komandan Kulakovun da fəaliyyəti əvvəlki  həmkarlarından fərqlənməyəcək - ÖZƏL

"Qarabağın müvəqqəti məsuliyyət zonasında yerləşən Rusiya Sülhməramlı Qqüvvələrinin komandanlığının tez-tez dəyişməsi silahlı qüvvələrin qoşun birləşmələrinin komanda heyətinin rotasiyası ilə bağlı ola bilər. Həm də nəzərə almaq lazımdır ki, Sülhməramlı Qüvvələrin yerləşdiyi ərazi mürəkkəb siyasi hərbi məkandadır".

Bu fikirləri "OLAYLAR"-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. Onun sözlərinə görə, xüsusən də son dövrlər ermənilərin və onların havadarlarının saxta "humanitar böhran" təbliğatının aparıldığı və Rusiyaya qarşı mövqenin pisləşməsi  indiki vaxtda  belə bir dəyişikliyi  görünür zəruri edib:

"Bildiyiniz kimi son dövrlər ermənilərin Rusiya Sülhməramlı Qüvvələrinə münasibəti aqressivləşib, hətta ara-sıra hücumlar da təşkil olunub. Azərbaycan da Rusiya Sülhməramlı Qüvvələrinin fəaliyyətindən narazıdır. Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin silah sursat çatdırılmasında himayədarlığı dəfələrlə təsdiq edilib və rəsmi Bakı buna öz etirazını bildirib. Hava məkanında hərəkət edən nəqliyyat vasitələrinə, mülki təyyarələrə ermənilər Rusiya SQ-nın məsuliyyət zonasında olan qanunsuz erməni silahlı birləşmələri tərəfindən radioelektron təxribatlar həyata keçirilib. Bu cür təxribatlar yenə də davam edir. Təbii ki yeni komandanlıq kim olursa olsun Rusiyanın mövqeyini ifadə edir və rəhbərliyin əmr və tapşırıqlarını icra edir. Yenə təyin olunan Kulakovun da fəaliyyəti digər əvvəlki  həmkarlarından fərqlənməyəcək.  Məncə Rusiya həm də hazırda özünə qarşı  yaranmış etimadsızlıq və inamsızlıq əhval ruhiyyəsini dəyişmək və mövcudluğunu daha çox artırmağı hədəfləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31