Türkiyənin geosiyasi oyunçu kimi əhəmiyyəti önə çıxır - ÖZƏL
5 Sentyabr 2023 08:22 SiyasətƏrdoğan-Putin görüşü və müzakirə edilən məsələlər Türkiyənin geosiyasi oyunçu kimi əhəmiyyətini önə çıxarır". Olaylar xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Ankara "taxıl anlaşması"nın davam etməsinə çalışır: "Bunun üçün Moskvanın şərtləri, Qərb ölkələrinin ehtiyacı var, razılaşma olarsa - ehtimal az deyil, ruslar qazandığı kimi, Türkiyənin həlledici rolu da artacaq. Nəzərə almaq lazımdır ki, bu anlaşma üzərindən Rusiyaya qarşı müəyyən geosiyasi yumşalmaların edilməsini istəyən tərəflərin marağı da xüsusi xətlə seçilir.
Türkiyədə "qaz mərkəzi"nin yaradılmasına nail olunarsa, Rusiya enerji bazarında zəifləyən rolunu artırmaq, Avropaya qaz ehtiyatının ödənilməsinə nail olmaq istiqamətində yeni imkanlar əldə edir: rus qazını Türkiyədən idxal etmək daha asan ola bilər. Nəticə etibarilə, həm Qərbin, həm Rusiyanın Türkiyəyə ehtiyacı artır. Və bu, Azərbaycanın həm bölgədəki maraqları, həm də hər iki cəbhə qarşısında - Qərb və Rusiya - "güclü qalxanının" olması baxımından vacibdir. Ankara-Moskva münasibətlərinin yaxşı olması da bizim üçün sərfəlidir".