Paşinyan sülhdən yayınır - ÖZƏL

"44 günük Vətən müharibəsindəki biabırçı məğlubiyyətdən sonra dəfələrlə etdiyi çıxışlarda Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyən Paşinyanın, indi bunun əksini söyləməsi erməni baş nazirin nə dərəcədə ikiüzlü, sözünə və imzasına hörmət etməyən bir siyasi fiqur olduğunu ortaya qoyur".

Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" ictimai birliyinin sədri Arzuman Muradlı Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdakı separatçı rejimə təbrik məktubu ünvanlaması və sözügedən məktubda Azərbaycanın ərazi bütövlüyünü təhdid edən bəzi fikirlərin yer almasına münasibət bildirərkən səsləndirib. İctimai birlik sədri deyib ki, Paşinyanın bir neçə gün əvvəl qondarma rejimə ünvanladığı təbrikdə İrəvanın Qarabağdakı separatçı rejimə dəstəyini davam etdirəcəyi barədə səsləndirdiyi fikirlər bu ölkənin konkret sülhdən uzaq olduğunun və Azərbaycanla münasibətləri normallaşdırmaq istəmədiyini təsdiqləyir. İctimai birlik sədri qeyd edib ki, son günlər Azərbaycan Ordusunun mövqelərinin müxtəlif istiqamətlərdə Ermənistana tərəfindən atəşə məruz qalması və tez-tez baş verən düşmən təxribatları da bunun bariz nümunəsidir:

"Paşinyanın bir-birinin əksi olan açıqlamalar verməsi, erməni baş nazirin ikiüzlü siyasət yürütməsinin bir səbəbi də Ermənistan daxilində cərəyan edən siyasi proseslərlə bağlıdır. Belə ki, son vaxtlar Ermənistanda Sərkisyan-Köçəryan ittifaqının möhkəmlənməsi tendensiyasının müşahidə edilməsi, üstəlik bu ittifaqa separatçıların sabiq "lideri" Arayik Arutunyanın da qoşulması Paşinyan hakimiyyəti üçün ciddi təhlükə mənbəyi yaradıb. Hətta yaxın vaxtlarda Paşinyanın devriləcəyi ilə bağlı da fikirlər səslənir. Ona görə də erməni baş nazir kreslosunu qorumaq üçün yenidən ənənəvi ikiüzlü siyasətə əl atıb. Paşinyan bu cür gedişlərlə cəmiyyətin dəstəyini qazanmağa çalışır. Sərkisyan-Köçəryan cütlüyü Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamasına, Brüssel prosesinin inkişafına mane olur. Bu qrup hazırkı gərginliyin səbəbkarıdır, yollarən açılmasını sabotaj edir  Koçaryan-Sarkisyan qruplaşması Rusiyaya arxalanalraq mövqelərini gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31