İrəvan rəhbərliyi ikili oyun oynamağa adət edib - ÖZƏL
4 Sentyabr 2023 14:21 Siyasət"Ermənistan baş naziri Nikol Paşinyanın sentyabrın 2-də verdiyi açıqlamalar birmənalı şəkildə bu ölkənin Azərbaycana qarşı ərazi iddialarında olmasının təsdiqidir".
Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, artıq heç kimə sirr deyil ki, İrəvan rəhbərliyi ikili oyun oynamağa adət edib:
"Paşinyan müxtəlif platformalarda ölkəmizin ərazi bütövlüyünü tanıdığını və razılıqa gəlindiyi təqdirdə sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edib. Lakin praktikada biz tamamilə bunun əksini görürük və düşmən ölkə hər ötən gün öz hərbi aktivliyini artırmaqda davam edir. Təbii ki, Ermənistan bu prosesdə yalnız deyil və onu silahlandıran, təxribatlara təhrik edən güclər mövcuddur. Bu mənada isə Fransa Hindistan və İran üçlüyü xüsusi rol oynayır. Hər üç ölkə müxtəlif qoşun növləri üzrə "Haykakan Banakın" ehtiyaclarını təmin etməyə çalışır və bununlada Azərbaycan-Ermənistan arasında sülh danışıqlarını ləngitməyə çalışılır".
AVP rəsmisinin qənaətincə, Ermənistan baş nazirinin son çıxışı birdaha onu göstərdi ki bu ölkənin ən yüksək rəsmisi belə tarixi saxtalaşdırmaq cəhdləri edir, beynəlxalq hüquqa zidd şəkildə Azərbaycanın öz ərazisi üzərində olan süveren haqlarını tanımazdan gəlir:
"Bu isə bütün hallarda qəbuledilməzdir. Lakin mövcud proseslər fonunda Nikolun separatçılara dəstək xarakterli bu tip mövqe sərgiləmsi gözlənilən idi. Çünki qanunsuz rejim daxilindədə siyasi böhran höküm sürür. Hal hazırda Araik Harutuniyanın istefası fonunda separtçıların rəhbər şəxsləri belə iki qütbə bölünüb. Bir tərəf Ağdam-Xankəndi maşurutunu dəstəkləyir, bir tərəf isə tamamilə əksin. Əks şəxslərin önündə isə Ruben Vardanyan dayanıb və o, Bakı ilə danışıqlara getməyin ən böyük əleyhdarları arasındadır. Ancaq baş verən hadisələr onu göstərir ki, Separtçı rejim artıq son dövrlərini yaşayır və Azərbaycanın Xankəndi üzərində hakimiyyətini bərpa etməsi çoxda uzaqda deyil".