AĞ Partiya qeydiyyata alındı

AĞ Partiya dövlət qeydiyyatına alınıb. "Olaylar" xəbər verir ki, bu barədə partiyanın sədri Tural Abbaslı məlumat yayıb. Bildirib ki, Ədliyyə Nazirliyi AĞ Partiyanın yenidən təqdim etdiyi üzvlük siyahılarını yoxlayıb: "Nazirlik siyahıları təsdiq edib və partiyanı dövlət qeydiyyatına alıb. Bundan əvvəl partiyanın Ədliyyə Nazirliyinə təqdim etdiyi üzvlük siyahılarında çatışmazlıqlar aşkar edilmişdi".

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31