“Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi ədalətin təntənəsidir - ÖZƏL
4 Sentyabr 2023 11:28 Siyasət"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması hərbi-siyasi qələbənin təcəssümüdür". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Kamaləddin Qafarov deyib: "Birmənalı olaraq Azərbaycan-Ermənistan sərhəddində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasını Vətən müharibəsi başa çatdıqdan sonra ölkəmizin əldə etdiyi ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi qiymətləndirmək lazımdır. Bu hadisə tarixi ədalətin daha bir təntənəsidir. Bir zamanlar torpaqlarımızı işğal edən, azərbaycanlıları öz doğma yurd-yuvalarından didərgin salan, onları qətlə yetirən düşmənin indi şanlı bayrağımızın altından keçməsini, sərhədçilərimizin önündə dinməz-söyləməz farağat dayanmasını izləmək olduqca qürurverici haldır. Eyni zamanda, sərhəd-buraxılış məntəqəsinin qurulması ölkəmizə və xalqımıza qarşı hərbi cinayətlər törətmiş şəxslərin müəyyən edilib saxlanması baxımından da mühüm əhəmiyyət kəsb edir. 30 il əvvəl azərbaycanlılara qarşı XX əsrin faciəsini törətmiş Vaqif Xaçaturyan adlı şəxsin saxlanılması da buna əyani misaldır. Ermənilərin və onların havadarlarının bu məsələyə münasibətindən asılı olmayaraq "Laçın" sərhəd-buraxılış məntəqəsinin açılışı regionun geosiyasi mənzərəsini dəyişdirdi və Qələbəmizin beynəlxalq müstəvidə təkrar rəsmiləşdirilməsinə səbəb oldu".