Separatçı rejimin “rəhbərliyi” Qarabağda Moskvanın tapşırıqlarını yerinə yetirir - ÖZƏL

"Rusiyanın sülhməramlı kontingenti və separatçı rejimin "rəhbərliyi" Qarabağda Moskvanın tapşırıqlarını birmənalı olaraq yerinə yetirirlər. Konkret olaraq demək lazımdır ki, nə qədər Rusiyanın sülhməramlı qüvvələri və Moskvanın göndərdiyi Vardanyanlar torpaqlarımızdan uzaqlaşdırılmayıblar, ordan 10 min silahlı erməni separatçısını və digər qeyri qanuni quvvələri çıxartmaq çox çətin görünür".

"OLAYLAR" xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, qeyri qanuni vəziyyəti sabitliklə əvəz edə bilmək üçün uzun zaman gözləmək lazım olacaq:

"Məhz buna görə də  onların çıxarılması istiqamətində, elə indidən zəruri, sərt və konkret addımların atılmasına ehtiyac var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31