Ermənistan Qarabağ iddiasından əl çəkmək niyyətində deyil - ÖZƏL

Paşinyanın separatçılara məktubu bunu bir daha təsdiq edir

Paşin "Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ separatçılarına "müstəqillik" günü ilə bağlı məktub göndərib və Ermənistanı onları dəstəkləyəcəyini qeyd edir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Ermənistan Qarabağ iddialarından əl çəkmir: "Azərbaycan öz ərazisində silahlı erməni birləşmələrinin qalmasına dözümlü yanaşmamalıdir. Çox qısa bir vaxtda silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar keçirilməlidir. Təbii ki, Rusiya silahlı erməni birləşmələrini qoruyur. Amma, bu, Azərbaycanı öz milli təhlükəsizliyindən vaz keçməyə əsas vermir. Rusiya öz geosiyasi maraqlarına görə silahlı erməni birləşmələrini qoruyursa, biz öz ərazimizdə təhlükəsizliyimizi təhdid edən erməni silahlı dəstələrini niyə məhv etməməliyik? Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla hərbi toqquşmaya gedəcəyi mümkündür. Çünki, müxalifət ona qarşı siyasi təzyiqləri gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31