TDT ölkələri yeni dialoq mexanizmini işə saldı - Hikmət Hacıyev
2 Sentyabr 2023 19:57 SiyasətTDT ölkələri prezidentlərinin köməkçiləri və diplomatik müşavirləri yeni dialoq mexanizmini işə salıblar.
Olaylar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında yazıb.
"Türk Dövlətləri Təşkilatı çərçivəsində TDT sammitlərinin baxış və strateji məqsədlərinə çatmaq üçün biz prezidentlərin köməkçiləri və diplomatik müşavirləri səviyyəsində yeni dialoq və məsləhətləşmələr mexanizmini işə saldıq", - H.Hacıyev qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31