Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edildi
1 Sentyabr 2023 19:33 SiyasətCahangir Calal oğlu Əsgərov "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.
Olaylar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə ediib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31