Ermənistan Azərbaycanla sərhəddə məhv edilən 4 hərbçisinin adını açıqladı
1 Sentyabr 2023 18:55 SiyasətErmənistan bu gün Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində həlak olan hərbçilərin adlarını açıqlayıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Ermənistan ordusunun hərbçiləri - Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyan ölüb.
Daha bir yaralı əsgərin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Ermənistanın təxribatına cavab olaraq görülən tədbirlər nəticəsində dörd erməni əsgər məhv edilib, biri yaralanıb.
Xatırladaq ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.