Ayxan Hacızadə Almaniya XİN başçısına cavab verib

Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yaşamaq üçün lazımi təminatı göstərməyə hazır olduğunu təklif edib.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə "X" (tvitter) sosial şəbəkə hesabında qeyd edib.

"Azərbaycanın xoş niyyətinin dəfələrlə rədd edilməsi səslənən bütün iddiaların əsassız olduğunu nümayiş etdirir. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yaşamaq üçün lazımi təminatı göstərməyə hazır olduğunu təklif edib. Almaniya xarici işlər naziri Annalena Berbokun səsləndirdiyi ifadələr yalançı erməni təbliğatının məhsuludur", - deyə A.Hacızadə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31