Ermənilərin ambisiyalrı heç bir halda qəbul edilə bilməz - Vitse-spiker
1 Sentyabr 2023 14:16 Siyasət"Ağdam-Xankəndi yolunun girəcəyində Azərbaycan Qızıl Aypara Cəmiyyətinə məxsus 40 ton un daşıyan 2 yük maşını hələ də gözləyir. Təəssüf ki, Xankəndində yaşayanların bir qismi hələ də yüklərin çatdırılmasına imkan vermir, əksinə dünyaya "humanitar" böhranın olması mesajını verməyə cəhd edirlər". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclis sədrinin müavini Adil Əliyevin sözlərinə görə, Ermənistandan gələn yardımın çatdırılmasından söhbət gedirsə bunu Azərbaycan tərəfinin təqdim etdiyi yoldan istifadə etməklə keçirilməsində hazırda heç bir çətinlik yoxdur: "Lakin, bu yardımın məhz Ermənistanın tələblərinə uyğun olaraq Laçın yolundan istifadə etməklə çatdırılması barədə ambisiyalrı heç bir halda qəbul edilə bilməz. Laçın yolundan istifadə edilərək, separatçılara silah-sursatların, minaların daşınmasının hər birimiz şahidi olmuşuq".