Azərbaycan beynəlxalq qurumların  qətnamələrini təkbaşına təmin etdi - ÖZƏL

"2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına qarşı Azərbaycan Ordusu tərəfindən başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 9-da zəfərlə başa çatdı. Azərbaycan ordusunun əks hücum əməliyyatları nəticəsində bütün hərbi birlikləri iflic vəziyyətinə gətirilmiş Ermənistan ordusu 44 gün ərzində demək olar ki, məhv edilmişdi və belə bir rüsvayçı məğlubiyyətdən qurtulmağın tək yolunu kapitulyasiya aktına imza atmaqda gördü.  10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli Bəyanata əsasən 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu, 25 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu və 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarıldı. Beləliklə, Laçının 28 ilik işğalına 2020-ci il dekabrın 1-də son qoyuldu". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev deyib: "Azərbaycan BMT-nin və digər Beynəlxalq qurumların qərar, qətnamələrini döyüş meydanında təkbaşına özü yerinə yetirdi və tarixi ədaləti bərpa etməklə öz ərazi bötövlüyünü təmin etmiş oldu. Bu gün işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu, nəqliyyat qovşağlarının bərpası və digər sosial yönümlü layihələrin icrası uğurla və çox surətlə davam etdirilir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31