Fransa Cənubi Qafqazda möhkəmlənmək üçün yeni planlar qurur
1 Sentyabr 2023 11:51 SiyasətQanmazı qandırmaq missiyası Azərbaycan Ordusunun üzərinə düşür
Dünyada ən çətin, yoluna qoyulması mümkün olmayan işlərdən birinin qanmazı qandırmağa çalışmaq olduğunu yəqin ki, biməyən yoxdur. Bu deyim ta qədim zamanlardan öz aktuallığını saxlayır. Müasir intellek dövründə də elə qanmazlar var ki, onları qandırmaq sözün əsil mənasında mümkünsüzdür. Götürək elə Fransa prezidenti Emmanual Makronu. Neçə ildir ki, Qarabağda baş verən hadisələri, ermənilərin fitnəkarlığını, məkirli niyyətlərini, ümumiyyətlə Cənubi Qafqazda cərəyan edən prosesləri bu adama qandırmaq mümkün olmayıb. Hər dəfə özünü qanmazlığa vuraraq məkirli niyyətini reallaşdırmaqda israrlı olub. Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında da ona regiondakı vəziyyət, xüsusən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının açılması məsələsi anladılıb. Dövlətimizin başçısı bildirib ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir. Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan və qondarma rejim Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması barədə əldə olunmuş ilkin razılaşmadan imtina edib. Həmçinin Ermənistan rəhbərliyi Azərbaycan tərəfi ilə razılaşdırmadan dövlət sərhədi istiqamətində humanitar təyinatlı olduğunu iddia etdiyi yüklər gətirib ki, burada məqsəd siyasi möhtəkirlikdir. Dövlətimizin başçısı Azərbaycanın Qarabağın erməni əhalisinin təmsilçilərinin reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət etdiyini, ancaq onların bundan da imtina etdiklərini və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışdıqlarını bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.
Beləliklə, Prezident İlham Əliyevə zəng edən Makronun qaldırdığı məsələlər yetərincə cavablandırılıb və Azərbaycanın mövqeyi tam ifadə olunub. Təsəvvür edin ki, bu qədər izahlı anlatmadan sonra Makronun göstərişi ilə Fransadan Azərbaycanın iqtisadi zonası olan Qarabağda yaşayan erməni əsilli sakinlərə humanitar yardım aparan 10 yük maşınından ibarət karvan Yerevandan Laçın rayonu istiqamətində hərəkətə başlayıb. İrəvanın Respublika meydanından yola salınan yük maşınlarının üzərində Fransanın hansı bölgələrinin Qarabağa iqtisadi rayununda yaşayan ermənilər üçün humanitar yardım topladığı barədə məlumatların əks olunub. Qəbuledilməz məqamlardan biri də ondan ibarətdir ki, İrəvandan gələn humanitar karvana Fransa nümayəndə heyəti və Paris meri Ann Hidalqon da qoşulub.
Halbuki Makron Prezident İlham Əliyevlə telefon danışığında vəziyyətin sabitləşdirilməsi və mövcud gərginliyin aradan qaldırılması üçün Fransanın da öz tərəfindən töhfə verməyə hazır olduğunu bildirib. Fransanın və Azərbaycanın aidiyyəti qurumlarının təmaslarının davam etdirilməsini təklif edib. Bu isə sözü ilə əməli düz gəlməyən Fransa prezidentinin özünü qanmazlığa vurması anlamına gəlir. Əslində isə beynəlxalq aləmdə yaranmış siyasi xaosdan yararlanaraq Cənubi Qafqazda dayaqlarını möhkəmlətməyə çalışır. Belə ki, ardıcıl ermənipərəst siyasət yürüdən Fransa Avropa İttifaqındakı imkanlarından və başı Ukraynada müharibəyə qarışmış Rusiyanın zəifləməsindən istifadə edərək Ermənistana hərbiləşmiş missiyanın göndərilməsinə nail oldu. Bununla da Azərbaycanla Ermənistan arasında gözlənilən ikitərəfli danışıqlar prosesinə zərbə vurmüş oldu. Nəticə etibarilə Fransa faktiki olaraq Cənubi Qafqazda sülh prosesinə kobud müdaxilə etdi. Lakin hesab etmək olmas ki, Fransa bununla Cənubi Qarqaz siyasətini bitirdi. Fakt ondan ibarətdir ki, Fransa indi də bu planlardan əl çəkməyib və görünür ki, daha böyük planlar qurur. Belə halda, gözlənilən təhlükəni dəf etmək, başqa sözlə, qanmazı qandırmaq missiyası Azərbaycan Ordusunun üzərinə düşür.
Alim