Ermənilər siyasi şahmat taxtasında hiyləgər manevrlərini davam etdirirlər - ÖZƏL
1 Sentyabr 2023 11:15 Siyasət"Dövlətimiz ən doğru addımları atır. Heç bir zaman təsəvvür etməzdim ki, Prezident Administrasiyasında belə uzaq görən strategiyalar və siyasətlər hazırlanırmış".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri tarixçi Rəfail Eminov səsləndirib. Onun sözlərinə görə. ermənilər də siyasi şahmat taxtasında hiyləgər manevrlərini davam etdirirlər:
"Araikin istefası belə gedişlərdən biri ola bilər. Məsələn: qondarma "artsax" ərazisində yeni seçkilər keçirilərək yenidən "prezident" seçilməsinə imkan verilməməlidir. Bu edilsə hesab edin ki, ermənilər özlərinə xal qazandılar. Bu onların muxtariyyət tələblərinin güclənməsinə və havadarlarının daha şiddətlə Azərbaycan Respublikası Prezidentinə və diplomatlarına təzyiq etmələrinə əsas olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31