Ermənistan silahlı qüvvələri zərbə PUA-sı tətbiq etdi - MN
1 Sentyabr 2023 11:08 SiyasətSentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
"Nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.
Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür", - deyə məlumatda qeyd olunub.
Olaylar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31