Erməni sakinlər Bakıdan gedən ərzaq karvanını qəbul etməzlərsə,...- ÖZƏL
1 Sentyabr 2023 10:34 SiyasətƏli Oruclu: "Onların orda qalıb qalmama məsələsi aktuallaşmalıdır"
"Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə Bakıdan göndərilən yardımın qəbulundan imtina edilməsi, Ermənistanın və onun havadarlarının "humanitar böhran" yalanlarını bir daha əyani surətdə ifşa etdi. Aylarla qurulan bu yalançı təbliğat 40 ton yük aparan ağır tonnajlı yük maşınlarının təkərləri altında qaldı".
Bu fikirləri "OLAYLAR"-a AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu səsləndirib. Onun sözlərinə görə, dünya gördü ki, ermənilər əslində rassizm və irqçiliklə məşğuldurlar və nifrət hissi onların iliyinə işləyib:
"Ancaq istəsələr də istəməsələr də reallıqlarla barışmalı olacaqlar. Çünki qurduqları illüziyalar artıq kara gəlmir. Azərbaycan xalqının və iqtidarının bunlara qarşı aşırı humanistliyindən sui istifadəyə bundan sonra imkan verilməməlidir. Konkret seçim etməlidir. Ya Azərbaycanı tərk etməlidirlər, ya da Azərbaycanın qanunları ilə yaşamalıdırlar". Əli Oruclu hesab edir ki, Bakıdan göndərilən ərzaq karvanının qəbuluna hələ də mövcud olan terrorçular və separatçılar imkan vermir:
"Bəzi xarici güclərin də burda təsiri var. Əvvəl axır həmin yüklə dolu avtomobil karvanı ünvanına çatacaq. Mən buna əslində humanitar yardım da deməzdim. Bunun adını erməni vətəndaşlarımızın ərzaqla təminatı adlandırmaq daha doğru olardı. Türkə qənim kəsilən və pataloji nifrət bəsləyən insanlara humanizm göstərmək sahildə qum üzərində yazı yazmaq kimi bir şeydi. Erməni sakinlər Bakıdan gedən ərzaq karvanının qəbul etməzlərsə, onların orda qalıb qalmama məsələsi aktuallaşmalıdır".