Makronun Azərbaycanla Ermənistan üzərindən oyun oynamaq istəyi hüsranla nəticələnəcək - ÖZƏL

"Fransanın Afrika siyasəti ilə Cənubi Qafqaz siyasəti arasında oxşarlıq axtarmaq hesab edirəm ki, yanlışdır və müqayisə yerində deyil. Məsələ ondadır ki, Afrika ölkələri ilə Azərbaycanın müqayisəsi doğru deyil. Məsələlərin mahiyyəti də ayrıdır. Fransa Afrikada sümürgəçilik siyasəti yürüdürsə, Cənubi Qafqazda Ermənistana dəstək üçün vardır".

Bu fikirləri "OLAYLAR"-a politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, bu dəstək də Azərbaycanla siyasi qarşıdurmadan ibarətdir:

"Amma Fransanın Azərbaycanda iqtisadi maraqları da vardır. Fransanın "Total" şirkəti on illərdir Azərbaycanın enerji ehtiyatlarının istismarında rol alır, qazanc götürür. Prezident dünən "Total" şirkətinin Baş İcraçı  Direktorunu qəbul edib, "Abşeron" yatağının istismarı və alternativ enerji sahəsindəki əməkdaşlıqdan danışıblar, yəqin ki, yeni atılacaq addımlar da müzakirə edilib. Bu durumda Fransanın hesab edirəm ki, məqsədi Ermənistanı dəstəkləməkdən çox Azərbaycanla əməkdaşlıq üçün yeni sahələr əldə etməkdir. Sadəcə bunu normal şəkildə yox, öz adət etdiyi tarixi imperialist xüsusiyyətlərinə uyğun etməklə həyata keçirir. Təbii ki, Azərbaycan hər hansı Afrika  ölkəsi deyildir ki, onunla təzyiq dilində danışsınlar". 

Politoloq deyib ki, Fransanın BMT-yə təqdim etmək istədiyi qətnamə təqdimatından da xəbər yoxdur və böyük ehtimalla olmayacaq da: 

"Hesab edirəm ki, Makronun Azərbaycanla Ermənistan üzərindən oyun oynamaq istəyinin nəticəsi Ermənistan üçün hüsranla nəticələnəcək. Azərbaycan dövləti hər kəslə öz dilində danışmağı bilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31