Məsələ boz zonada separatçı və terrorçuların sındırılma fazasına keçməsindədir- Yunus Oğuz

"Söhbət Araikin gedib qalmasından  getmir.Bir az dərin qatlara baxaq. Məsələ boz zonada separatçı və terrorçuların sındırılma fazasına  keçməsindən, daha kiminsə onlara dəstək verə bilməməsindədir." Bu  sözləri yazıçı-publisist Yunus Oğuz öz sosial media hesabında yazıb." Azərbaycan diplomatiyasına eşq olsun!" -deyə Y.Oğuz əlavə edib.

Qeyd  edək  ki, Azərbaycanın Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçıların başçısı Araik Arutyunyan istefa verib.O bu barədə sosial şəbəkə səhifəsində yazıb.

A.Arutyunyan 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31