Zakir Həsənov Ankarada türkiyəli həmkarı ilə görüşüb - VİDEO

Türkiyə milli müdafiə naziri Yaşar Gülər ​​Ankarada Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətləri arasında da görüş baş tutub.

Xatırladaq ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin dəvəti ilə qardaş ölkəyə işgüzar səfər edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31