"Azərbaycan Laçın keçid məntəqəsi ilə Qarabağda söz sahibi olduğunu diqtə edir "- ÖZƏL
31 Avqust 2023 14:19 SiyasətTarixçi Elmar Həsənli erməni həqiqətləri və Laçın keçid məntəqəsinin əhəmiyyəti haqqında Olaylar-a danışıb:
"Laçın keçid məntəqəsi önəmli məsələdir. Ermənistanın Qarabağa gediş-gəlişi Laçın sərhədindən keçir. Biz Laçın keçid məntəqəsi ilə Qarabağa nəzarət edə bilirik. Kimlər nə məqsədlərlə, yük vasitələri ilə hansı çirkin məqsədlərə əməl edirsə, onların qarşısı alınır. Bununla Azərbaycan Qarabağda söz sahibi olduğunu diqtə edir və edəcəkdir. Həmin ərazilər tarixi Azərbaycan əraziləridir. Çox adam qorxur bu gün bunu dilə gətirməkdən. Çar Rusiyası, SSRİ, indiki Rusiyanın azərbaycanlıların başına gətirilən bütün soyqırımların, deportasiyaların, qondarma erməni dövlətinin qurulmasının, Azərbaycan ərazilərinin itirilməsinin birbaşa xidməti olmuşdur. Hər kəs bilməlidir ki, bizim üçün Ermənistan qədər təhlükəli digər faktor Rusiya dövlətidir. Bütün erməniləri bu coğrafiyaya gətirən, dırnaqarası haqlar verən, onlara dövlət quran Rusiyadır. 2020-ci il 10 noyabr sazişinin bir çox maddələrinin yerinə yetirilməməsinin günahkarı da Rusiyadır".