Qarabağ məsələsində son mərhələyə gəlmişik
31 Avqust 2023 14:13 Siyasət"Qarabağ məsələsində son mərhələyə gəlmişik". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Azər Həsrət deyib: "Prezidentin köməkçisi Hikmət Hacıyev hazırda 50 ölkəni təmsil edən 60-dək diplomat və hərbi attaşe ilə birlikdə Ağdam-Xankəndi yolundadır. O, burada verdiyi açıqlamada deyib ki, "Azərbaycan öz ərazisində boz nəzarətsiz bölgənin olmasına dözmək niyyətində deyil. Qeyri-qanuni rejim buraxılmalı və tərksilah olunmalıdır". Yəni artıq bıçaq sümüyə dirənib və təbii ki, Azərbaycan dövləti öz suveren ərazisi olan Qarabağda tam olaraq nəzarəti təmin etməkdə qərarlıdır. H.Hacıyevin bu bəyanatı ilə paralel olaraq Qarabağdakı qeyri-qanuni rejimin başçısı Arayik Arutyunyan da istefa verdiyini bəyan edib. Yəni artıq onlar da başa düşür ki, divar qurtarıb və qatar da çoxdan gedib..."