Smart politics (kökə və kötək) davam edir - ÖZƏL
31 Avqust 2023 13:52 Siyasət"Xankəndində Arayikin getməsi və qondarma rejimdə daşnakların və Bako Saakyanın adamının vəzifəyə gəlməsi prosesdə Dəmir Yumruğun növbəti dəfə enəcəyini göstərir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy səsləndirib. Onun sözlərinə görə, Prezidentin köməkçisi Hikmət Hacıyevin Azərbaycan tərəfinin mövqeyinin sərt bir şəkildə ortaya qoyması da hər an Azərbaycanın suverenliyini təmin etmək üçün anti-teror əməliyyatı edə biləcəyini göstərir:
"Prezidentin ən çox səs çıxardan Fransanın ən böyük şirkəti TOTAL-ı mehribanca qəbul etməsi Parisin cəhdlərini yumşalma niyyətindən xəbər verir. Bu arada eyni gün Fransa səfirinə də sərt nota verilib. Yəni ki, smart politics (kökə və kötək) davam edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31