Livandakı səfirliyimizə hücum terror aktıdır - ÖZƏL

"Azərbaycanın Livandakı səfirliyinə ermənilər tərəfindən edilən hücum terror aktıdır. Livan hakimiyyəti qısa müddətdə həmin terror aktının iştirakçılarının həbs edilməsi və cəzalandırılmasına nail olmalıdır". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib.  İctimai Birlik sədri deyib ki, səfirliyimizə edilən terror hücumunda erməni canilərlə yanaşı, Livan hökuməti də məsuliyyət daşıyır: 

"Erməni vandalların səfirliyimizə hücumunu əks etdirən görüntülərdən aydın olur ki, Livan polisi səfirliyimizin mühafizəsini ciddiyə almır. Necə ki, Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu zamanı İran polisi prosesləri yalnız seyr etməklə məşğul olur, eləcə də Livanda da eyni tendensiya təkrarlanır. Ona görə də Livan hökuməti qısa müddətdə baş verənlərə aydınlıq gətirməli, Azərbaycandan rəsmi şəkildə üzr istəməli və səfirliyin mühafizəsini daha da gücləndirməlidir. Əgər buna imkanı çatmırsa, o halda Azərbaycanın Livandakı səfirliyinin fəaliyyəti dayandırılmalıdır".

Arzuman Muradlı bildirib ki, Livandakı səfirliyimizə edilən hücumla Ermənistanın bir daha terrorçu dövlət olduğu təsdiqini tapdı:

"Ancaq təəssüflər olsun ki, beynəlxalq aləm hələ də terrorçunun nazı ilə oynayır, onun əməlləri, hərəkətlərinə qarşı adekvat addımlar atmır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31