XİN Malayziya və Qırğızıstanı təbrik etdi
31 Avqust 2023 12:42 SiyasətAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) Malayziyanı Milli Günü münasibətilə təbrik edib.
Olaylar.az xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.
"Milli Gün münasibətilə Malayziya hökuməti və xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq! Biz ikitərəfli əməkdaşlığımızın daha da inkişafını səbirsizliklə gözləyirik!", - paylaşımda qeyd olunub.
Azərbaycan XİN Qırğızıstanı da Milli Günü münasibətilə təbrik edib.
"Dost və qardaş Qırğızıstan xalqını MilliGünü münasibətilə təbrik edir və dövlətlərimiz arasında əməkdaşlığın bütün platformalarda daha da dərinləşməsini səbirsizliklə gözləyirik", - deyə paylaşımda bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31