Azərbaycan açıq şəkildə göstərdi ki, Qarabağ erməniləri separatçıların nə etməsindən asılı olmayaraq, bizim vətəndaşlarımız sayılırlar - ÖZƏL

"Humanitar yardımın Xankəndində saxlanılması əslində əvvəldən planlaşdırılmış bir iş idi". 

Bunu Olaylar.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

"Yəni oradakı separatçıların təbii ki, bir bəhanəsi yoxdur. Doğrudur, əvvəl çıxardırdılar ki, guya Azərbaycan oranı bloklayıb, orada insanlar, camaat acından ölür və s. kimi müxtəlif qeyri-doğru, dezinformasiyalar yaymaqla məşğul idilər. Amma Azərbaycan açıq şəkildə göstərdi ki, Qarabağ erməniləri separatçıların nə etməsindən və dünyada müxtəlif fikirli güclərin olmasından asılı olmayaraq, bizim vətəndaşlarımız sayılırlar. Burda digər önəmli bir məsələ ondan ibarətdir ki, Azərbaycan özü 40 ton unu maşınlara yükləyib göndərdi Xankəndinə ki, əgər sizdə çətin bir vəziyyət varsa, buyurun, ondan istifadə edə bilərsiniz. Yəni, biz onlara dəstəyi verdik, heç bir təmənna güdmədən bunu elədik. Xankəndinə çataçatda separatçı rejim nə etdi? Dedi ki, bizə deyilməyib. Birincisi, onu sual vermək lazımdır ki, sən kimsən ki, sənə deyilsin? Azərbaycan öz ərazisinə humanitar yardım göndərib. Sən orda separatçısan və terrorçusan. Sən ora girmisən və ərazidə terrorçuluqla məşğulsan. İndi bu cür təxribatlara əl atır. Əslində bilirlər ki, həmin ərazi əllərindən çıxır. Çünki Azərbaycan qısq müddət ərzində həmin əraziləri öz yurdisiyasına keçirəcək, proses ona doğru gedir. Sadə erməni vətəndaşları Azərbaycanın göndərdiyi yardımı qəbul edir, sadəcə separatçılar belə hərəkətlər edirlər. Bundan əlavə, həm də onu deyim ki, Azərbaycanın qazından istifadə edirlər və orada separatçılardan biri deyir ki, türkün çörəyi bizə lazım deyil. O zaman adama sual verərlər, sən türkün qazını niyə istifadə edirsən? Türkün torpağında niyə yaşayırsan, əgər sənə türkün çörəyi lazım deyilsə? Birincisi, o ayırıcılıq doğru deyil. Onların separatçılığı elə burdan məlumdur. Amma hər halda olsa belə, o zaman sual vermək olar ki, sən qazını, işığını istifadə edirsən və üstəlik də belə deyək, torpağında yaşayırsan, əgər çörəyi lazım deyilsə, bunlar niyə lazımdır sənə? Deməli, bunlar hamısı bunu separatçılığın gücləndirilməsi üçün edirlər bu hərəkəti və Azərbaycan yenə də öz inadındadır, öz prinsipial mövqeyini qoruyub saxlayır. Mən düşünürəm, o yükləri də qəbul edəcəklər, ondan əlavə də qəbul edəcəklər. Separatçılar da başa düşürlər ki, yavaş-yavaş onların sonu çatır, bunu bilirlər. Təbii ki, kənardan onları dəstəkləyənlər var. Separatçıları bu prosesin pozulması, yəni sülh danışıqlarına gedən yolun pozulması üçün əlindən gələn bütün addımları atan güclər var. Elə təbii ki, burada Rusiyanı da kənarda qoymayaq. Onlar da bu işdə maraqlıdırlar və bu prosesin pozulması kənar güclərə sərf etsə də, Azərbaycana sərf eləmir. Azərbaycan isə yenə də öz vətəndaşları üçün humanitar dəstəyini göstərməyə hazırdır və bundan sonra da göstərəcək. O baxımdan düşünürəm ki, yüklərin Xankəndinə çataçatda saxlanılması yalnız və yalnız separatçıların orada sadə erməni Azərbaycan vətəndaşlarına müəyyən təzyiqlər etmək üçün bir alətidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31