Ermənilər öz məkrli niyyətlərini bir daha nümayiş etdirdilər
31 Avqust 2023 12:08 SiyasətAzərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün humanitar yardım yola salınıb. Humanitar yardım karvanında ilkin mərhələ üçün 40 ton un məmulatları var. Humanitar yardımın çatdırılması üçün Ağdam-Xankəndi yolundan istifadə edilmişdir. "Olaylar"ın məlumatına görə, millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycan atdığı bu addımla özünün sülhpərvər və humanist mövqeyini bir daha nümayiş etdirdi: "Şübhəsiz ki, Azərbaycanın bu addımı beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanacaq. Azərbaycanın göndərdiyi yardımı qəbul etməyən ermənilər bununla da öz məkrli niyyətlərini nümayiş etdirmiş oldular. Beləliklə, onlar iyul ayının 27-dən etibarən Laçın sərhəd-buraxılış məntəqəsində yaratdıqları şounun siyasi manipulyasiyadan ibarət olduğunu göstərmiş oldular. Bununla da, miflərlə yaşayan ermənilərin növbəti mifi də puç oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə Şanlı Azərbaycan Ordusu məğlubedilməz erməni ordusu mifini dağıtdığı kimi, ermənilərin həyasızcasına dünyaya haray çəkdikləri "aclıq" mifi də dağıldı".