Ermənilərin ən çox istifadə etdikləri fitnəkarlıq olub

"Tarixi dəyişdirmək cəhdləri ermənilərin hər zaman ən çox istifadə etdikləri fitnəkarlıq olub. Belə hallara gələcəkdə yol verilməməsi üçün Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü addımlar atır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir: "Həmin Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub. İşğaldan azad edilmiş bütün şəhərlərimizdə olduği kimi, Laçın şəhərində də İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park salınır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusunun "Laçının azad olunmasına görə" medalı ilə təltif olunmaları da tarixi həqiqətlərin gələcək nəsillərə olduğu kimi çatdırılması baxımından müstəsna əhəmiyyət kəsb edən haldır. Artıq bundan sonra erməni yalanları heç vaxt tarixi faktları təhrif edə bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31