Paris erməni lobbisinin əsirinə çevrilib - ÖZƏL
31 Avqust 2023 11:07 Siyasət"Azərbaycan Fransaya Füzuli aeroportundan istifadə etməklə yüklərin daşınmasını təklif verməlidir". "Olaylar"ın məlumatına görə, bunu deyən MCP sədrinin müavini Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan Fransaya Humanitar yüklərin təyyarə ilə Füzuli hava limanına və oradan Xankəndi-Agdam yolu ilə danışmasını təklif verməlidir: "Fransa imtina edəcəksə, Azərbaycanın mövqeyi güclənəcək. Demək, rəsmi Paris "Humanitar aksiyadan" siyasi ambisiyalarını həyata keçirmək üçün istifadə edir. Fransa... Ermənistan ərazisindən bunu həyata keçirməklə, Azərbaycanın ərazi bütövlüyünə qəsd edir. Baxmayaraq ki, Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qeyd edim ki, Xankəndində Azərbaycan humanitar yüklərinin qarşısını alan Rusiyadir. Rusiya proseslərin böhrana yuvarlanmasinı, Azərbaycana qarşı təzyiqlərin artırılmasında maraqlıdır. Həmçinin Moskva separatçıları qorumaqla, Azərbaycanın reinteqrasiya siyasətinin qarşısını alır. Fransa Rusiyanın regionda mövqeyinə qarşı mübarizə aparırsa, Azərbaycana təzyiq etməklə, Ermənistan ərazisindən Qarabağa daxil olmaq cəhdi strateji səhvidir. Bunu Füzuli aeroportuna yükləri gətirib, Xankəndinə aparmaqla, Rusiyaya ciddi təzyiqləri artıra bilər. Amma, Paris erməni lobbisinin əsirinə çevrilib".