“Laçın” sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini təmin edir - ÖZƏL
31 Avqust 2023 10:38 Siyasət"Azərbaycanın öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ölkəmizin suveren hüququdur və bu Beynəlxalq konvensiyalara tam uyğundur. Qeyd edək ki, "Laçın" sərhəd-buraxılış məntəqəsi təsis edilənə qədər separatçılar Laçın-Xankəndi yolu ilə qeyri-qanuni silah daşınmasını həyata keçirirdilər ki, bu da Azərbaycanın təhlükəsizliyinə ciddi təhdid idi". "Olaylar"ın məlumatına görə, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev bildirib ki, bu gün "Laçın" sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir: "23 aprel 2023-cü il tarixində Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində "Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir. Tam əminliklə deyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni yeni uğurlara, yeni yeni qələbələrə imza atacaqdır. Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, Beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilmişdir".