Bu xalq 100 il ərzində baş verənlərdən nəticə çıxarmalıdır

"Məmləkətdə nə qədər kosmopolit var imiş. Həm o karikatura, həm ona oxşar şərhlər, həm də "no war" hərəkatının bəyanatı üzücüdür". "Olaylar" xəbər verir ki, bunu deyən poltoloq Zaur Məmmədovun sözlərinə görə, bu xalq 100 il ərzində baş verənlərdən nəticə çıxarmalıdır: "1905- 1906 və 1918- 1920 soyqırımları, 1940- 50- ci illərin deportasiyası, 1988- 1994 deportasiya və müharibəsi, eyni zamanda bu illər ərzində bizə qarşı fasiləsiz qəddarlığın qarşılığında bu cür fikir bildirmək cəmiyyətimizə, xalqımıza, şəhidlərimizə, həlak olan qadınlara, körpələrə, azərbaycanlılara qarşı hörmətsizlikdir. Azərbaycan tolerant, hümanist olmasaydı burada müxtəlif dinlərin, xalqların nümayəndələri mehriban şəkildə yaşamazdılar. Problem ermənilikdədir,  200 il kütləvi şəkildə türkün çörəyini yeyib, suyunu içən hayların mənəvi dünyalarında..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31