Rusiya sülhməramlıları ermənilərə təklif etdi - Bakıdan göndərilən 40 ton un...

Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndinə buraxılmasını təklif edib. Lakin Qarabağdakı erməni quldurları onların bu təklifini qəbul etməyib.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu barədə Qarabağdakı daşnakların başçısı David İşxanyan bildirib.

Onun sözlərinə görə, Bakıdan göndərilən humanitar yükün Xankəndinə buraxılması məsələsi dünən Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirə olunub, lakin danışıqlar nəticə verməyib.

David İşxanyan Rusiya sülhməramlı kontingentinin təzə komandanının Qarabağa yeni gəldiyini, vəziyyətlə yaxından tanış olmadığını da bildirib.

Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib.

Un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir.

Yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlıları ilə müzakirələr aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31