Özünü ermənilərin müdafiəçisi kimi göstərən Fransa - ÖZƏL

"Bir müddət öncə BMT Təhlükəsizlik Şurasında biabırçı məğlubiyyət yaşayan İrəvan-Paris ikilisi regionda gərginliyi artıracaq bütün addımları atmaqda davam edir". Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. Onun sözlərinə görə, heç kimə sirr deyil ki, Qarabağda yaşayan ermənilər ətrafında yaradılan hümanitar böhran görünüşü tamamilə əsassız və yalandan ibarətdir:

"Lakin özünü ermənilərin müdafiəçisi kimi göstərən Fransa dövləti bu mövzu ilə əlaqədar süni şəkildə spikuliyasiya edir, dünya ictimaiyyətinin diqqətini bu istiqamətə yönəltməklə hər kəsi aldatmağa çalışır. Bu məqsədlə Makron hökumətinin "Artsax xalqına yardım" adı altında Qarabağda yaşayan ermənilərə yardım göndərməsi Paris-İrəvan cütlüyünün növbəti şousudur və separatizmi dəstəkləməyə hesablanmış addımdır. Təbii ki, Fransanın bu tip addımlarının erməni sevgisindən irəli gəldiyini düşünmək sadəlövhlük olar". Pərviz Mirizadə deyib ki, Rusiyanın Cənubi Qafqazda zəifləməsini fürsət bilən Fransa Ermənistan üzərindən regiona yerləşməyə can atır:

"Rəsmi Paris enerji resursları baxımından zəngin, iqtisadi perspektivləri kifayət qədər maliyyə qaynağı vəd edən, orta dəhliz kimi nəqliyyat-logistika imkanları böyük olan layihələrdən pay qoparmağa çalışır. Fransanın bu niyyətlərini həyata keçirməyinin qarşısında Azərbaycan səddi və əngəli var. Rəsmi Bakı müstəqil siyasət yürüdür, regiondan keçəcək beynəlxalq əhəmiyyətli iqtisadi layihələrdə tərəf kimi çıxış edir, Fransanın Aralıq dənizi hövzəsində əsas rəqibi Türkiyə ilə birlikdə Cənubi Qafqazla yanaşı Mərkəzi Asiya regionunda aktiv rol alır. Yəni proseslərin əsas qaynağı Ermənistanı bəhanə edərək Azərbaycana təzyiq imkanları qazanmaqdır. Ancaq ölkə rəhbəri cənab İlham Əliyevin mövzu ətrafında prinsipial mövqeyi bəllidir və rəsmi Bakı haqlı tələblərini yerinə yetirmək iqtidarındadır. Heç bir şübhəm yoxdur ki, qondarma separatçı rejim və onu ayaqda tutmaqa çalışan Ermənistan-Fransa ikilisi bu kimi  addımlarla proses ətrafında son çırpınışlarını edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31