Ceyhun Bayramov Türkiyəni Zəfər günü münasibətilə təbrik edib
30 Avqust 2023 13:31 SiyasətAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qardaş Türkiyəni Zəfər günü münasibətilə təbrik edib.
Olaylar.az xəbər verir ki, bu barədə nazir "X" (tvitter) sosial şəbəkə hesabında yazıb.
"Bu gün qardaş Türkiyənin İstiqlal Savaşındakı əzm və qəhrəmanlığı ilə əldə edilmiş şanlı qələbəsinin təcəssümü olan Zəfər Bayramının 101-ci ildönümü qeyd olunur.
Bu münasibətlə təbriklərimi çatdırır, şəhidlərimizin müqəddəs xatirəsini dərin ehtiramla anıram", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Türkiyədə 30 avqust Zəfər bayramı və Silahlı Qüvvələr Günüdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31