Fransanın təxribatının acı aqibətini ermənilər çəkəcək

"Bu prezident Makron başda olmaqla, ermənilərin  "böyük bacısı" Fransanın  "humanitar yük" adı altında Azərbaycana qarşı açıq təxribatıdır". Bunu "Olaylar"a açqılamasında deputat Cavid Osmanov deyib. Onun sözlərinə görə, Fransanın bu açıq təxribatı birbaşa Cənubi Qafqazda  sülh prosesini pozmağa xidmət edir: "Ümumiyyətlə Fransa  dövlət siyasəti səviyyəsində hər zaman Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib və bu gün də dəstəkləməkdə davam edir. Fransanın son günlərdə beynəlxalq hüquqa zidd olaraq Azərbaycanın suveren hüquqlarına qarşı hörmətsizlik edərək "humanitar yük" adı altında təxribat cəhdi də məhz  ermənilərin işğalçılıq siyasətinə dəstəyin tərkib hissəsidir".

Deputat əlavə edib ki, lakin Fransanın  prezidenti, xarici işlər naziri və digər rəsmiləri səviyyəsində Azərbaycana qarşı təzyiq, təhdid və təxribat cəhdləri  iflasa uğrayacaq: "Fransa Cənubi Qafqazda sülh prosesini pozub əngəl yaratmaq üçün rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan Qarabağdakı cinyatəkar xunta rejimindən bir alət kimi istifadə etməklə bölgədə gərginlik yaratmağa  çalışır. Bu məqsədlə də süni şəkildə "blokada", "aclıq", "humanitar böhran" adı altında siyasi manipulyasiyaya və möhtəkirliyə əl atırlar. Bu yolla öz məkrli planlarını həyata keçirməyə çalışırlar. Amma onlaırn hər zaman olduğu kimi bundan sonra da bütün bu təxribatçı cəhdlərinin qarşısı alınıb, ifşa ediləcək.  Artıq onlaırn bu məkrli niyyətləri  faktlarla ifşa edilib. Azərbaycan  Xankəndidnəki xunta rejiminin siaysi möhtəkirliyini ən qısa zamanda beynəlxalq aləmə sübut edib, ifşa etdi. Göstərdi ki, bütün bu "blokada", "aclıq". "humanitar böhran"  süni şəkildə yaradılan siyasi manipulyasiyadır. Çünki Azərbaycan tərəfi  problemin həlli ilə bağlı prosesin ilk günündən öz təkliflərini verib, amma qarşı tərəf bundan imtina edib.

Azərbaycan sülh prosesinin sürətləndirilməsi  üçün Qarabağdakı erməni icmasının Azərbaycan cəmiyyətinə reinteqrasiya olunuması istiqamətində konkret addımlar atdı. Bu məqsədlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ağdam-Xankəndi yolu ilə yüklərin daşınması, həmçinin Bakı və ya  Azərbaycanın digər şəhərlərində  Xankəndi ilə Bakı arasında dialoqun aparılması təklif olundu və bununla bağlı ilkin razılaşma da əldə edildi. Lakin sonda ermənilər bundan etdi. Təbii ki, onların belə geri addım atmasında  təkcə Ermənistan yox, həm də onların havadarlarının və Fransanın xüsusi rolu oldu. Bu yolla Fransa bölgədə  vəziyyəti gərginləşdirib sülh prosesini pozur.

Amma Fransa bilməlidir ki, onun niyyəti baş tutmayacaq.  Əgər Fransa doğrudan da  dünyada beynəlxalq hüququn carçısıdırsa, niyə o zaman  ermənilərin Azərbaycana qarşı 30 illik işğalına, törətdiyi vəhşiliklərə göz yumdu?! Niyə öz ərazisində katalonların hüquqlarını kobud surətdə pozmaqda davam edir?! Niyə indiyədək Əlcəzairdə və dünyanın ən müxtəlif yerlərində törətdiyi qətliamlara və soyqırım siyasətinə görə üzr istəməyib?! Əksinə dünyanın ən müxtəlif bölgələrində neokolonolist imperialist siyasətini davam etdirib və davam etdirməkdədir. Fransanın Cənubi Qafqazdakı siyasəti neokolonolizasiya siyasətinin davam etdirilməsinə xidmət edir. Amma alınmayacaq. Cəhdləri boşa çıxacaq. Azərbaycan müstəqil dövlətdir və öz ərazilərini müdafiə etmək qüdrətinə malikdir. Qarabağdakı erməni icması da azərbaycanın daxili məsələsidir. Kimsənin bu məsələyə müdaxiləsinə imkan verməyib və bundan sonra da verməyəcək.  Bununla bağlı Azərbaycanın qətiyyətli mövqeyi ortadadır. Bu mövqeyini  cənab Prezident İlham Əliyev avqustun 29-da Fransa prezidenti Makronla danışığında bir daha  bəyan etdi ki,  Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər.

Əslində bu həm ermənilərə, həm erməni lobbisinə, həm Fransaya, həm də digər erməni havadarlaırna bir dərs idi. Onlar Azərbaycana irad tutub, ititham etməkdənsə. Baş verənlərdən nəticə çıxarıb, məkrli, çirkin oyunlarında  əl çəksələr yaxşı olar. Yoxsa bu möhtəkirliyin ən acı aqibətini dəstəklədikləri ermənilər çəkməli olacaq. Özlərinin isə beynəlxalq imicinə və nüfuzlarına  ciddi xələl gələcək.  Azərbaycanın mübarizəsi haqq mübarizəsidir və mübarizəsini beynəlxalq hüquqa əsaslanaraq həyata keçirir. Beynəlxalq hüquq da bu məsələdə Azərbaycanın tərəfindədir. Fransa olmur, kim olur olsun, nəticədə iflasa məhkumdurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31