Azərbaycan gəncləri vətənpərvərliyi ilə dünyaya səs saldı - ÖZƏL
30 Avqust 2023 11:57 Siyasət"Müasir müstəqil Azərbaycanın hədəflərinin reallığa çevrilməsinə öz böyük töhfələrini verməyə qadir gənclərimiz vardır. Azərbaycan gənclər ölkəsidir. Əhalinin böyük qismini gənclər təşkil edir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahovun sözlərinə görə, gənclər daim yenilikçi, təkmilləşməyə meyilli olur: "Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik ruhuna, milli düşüncəyə malik, ölkənin ictimai-siyasi həyatında rolu artan gənclər ordusu formalaşıb. Tarixi Zəfərimiz Azərbaycan gənclərinin hansı imkanlara malik olduğunu nümayiş etdirdi. Torpaqlarımızın azadlığı yolunda canlarından keçən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. Azərbaycan gəncləri vətənpərvərliyi, torpağa bağlılığı ilə dünyaya səs saldı. Artıq Qarabağımız, Şərqi Zəngəzurumuz dirçəlir. Azərbaycanın dünyaya təqdim etdiyi dirçəliş modeli özündə bütün yenilikləri əks etdirir. Bu isə öz növbəsində gələcəklə bağlı mühüm çağırışlara yol açır".