Hərbi kadrların yetişdirilməsi Ulu Öndər üçün prioritet məsələ idi - ÖZƏL
30 Avqust 2023 11:52 Siyasət"Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü gənclərə diqqət və qayğı ilə xarakterizə edilir. Hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək minlərlə Azərbaycan gənci keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyevin sözlərinə görə, həmin dövrdə hərbi kadrların yetişdirilməsi məsələsi də prioritet idi: "Ümummilli Liderin gərgin səyələri nəticəsində Cəmşid Naxçıvanski adına hərbi liseyin əsası qoyuldu. Həmçinin həmin dövrdə Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili xüsusi diqqət mərkəzində idi. Ümummilli Liderin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından, sözün əsl mənasında, qəhrəmanlığa bərabər bir addım gələcəyin müstəqil Azərbaycanı, onun gəncliyi naminə atılmışdır. Dahi şəxsiyyət Heydər Əliyev bu çağırışı etmişdir ki, Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etməsi bizim ən böyük nailiyyətlərimizdən biridir".