Azərbaycanlılar İsveçrədə aksiya keçirdi
30 Avqust 2023 11:37 SiyasətAvqustun 29-da yerli vaxtla saat 17-dən 18:30-a kimi İsveçrənin Bern şəhərinin Kasino Platez meydanında aksiya keçirilib.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, aksiyada Arazın hər iki tayından olan azərbaycanlılar iştirak edib.
Nümayiş Urmiya gölündə baş verən ekoloji fəlakətə diqqət cəlb etmək məqsədilə həyata keçirilib.
Urmiya gölünün acınacaqlı durumunu əks etdirən poster və plakatlar qaldıran aksiya iştirakçıları ekoloji fəlakətlə bağlı çıxışlar edib, isveçrəlilərə Urmiya gölü barədə məlumatlar verib və braşurlər paylayıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31